Tanınmış fırıldaqçıya ilk cəza gəldi

Tikililərin sökülməsinə yaxın zamanlarda başlanacaq
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. İstanbul Böyükşəhər Bələdiyyəsi Adnan Oktarın qanunsuz tikililərinin sökülməsinə qərar verib. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadla xəbər verir ki, bələdiyyə Okrata 176 min 269 lirə (45211 manat) cəza da kəsib.

Məlumata görə, Oktar qrupunun illərdir istifadəsində olan villanın olduğu ərazidə onlarla qanunsuz tikili söküləcək.

Sözügedən villa Mustafa Avni Cürənin adına qeydiyyatlıdır.

Ağaclıq ərazidə olan bir binanın 1986-cı ilə aid izacə sənədi olduğu bildirilir. Amma qeyd olunan ərzidə illərlə qanunsuz tikintilər aparılıb.

Adnan Oktar qrupuna qarşı olan əməliyyat zamanı kolluq qüvvələri və prokurorluğun işlərinin ardınca ərazidə İstanbul bələdiyyəsi araşdırma aparıb, hazırlanan protokollar villanın giriş-çıxış qapılarına asılıb. Məlumata görə, 23 qanunsuz tikili aşkarlanıb.

Tikililərin sökülməsinə yaxın zamanlarda başlanacaq.