Rusiya səmasında helikopter yoxa çıxdı

Mi-8 Ust-Kutdan geoloji kəşfiyyat aparmaq üçün havaya qalxıb. Müəyyən olunmuş vaxtda ekipajla əlaqə yaratmaq mümkün olmayıb"
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. Rusiyanın İrkutsk vilayətində geoloji kəşfiyyat aparan Mi-8 helikopteri ilə əlaqə kəsilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, göyərtədə üç nəfər olub.

Məlumat regionun fövqəladə xidmət nümayəndəsi tərəfindən yayılıb.

"Mi-8 Ust-Kutdan geoloji kəşfiyyat aparmaq üçün havaya qalxıb. Müəyyən olunmuş vaxtda ekipajla əlaqə yaratmaq mümkün olmayıb" — agentliyin həmsöhbəti deyib.