Müxalifət lideri Xameneyiyə qarşı: "Ölkəni bu hala gətirib"

Müxalif lider Xameneyinin səlahiyyətində olan hərbi və iqtisadi qurumlara nəzarət edilməli olduğunu bildirib
Sputnik

BAKI, 2 sentyabr — Sputnik. İranın Ali dini lideri Əli Xameneyinin fəaliyyətini yoxlamalı olan Ekspertlər Şurası vəzifəsini icra etmir.

Sputnik Azərbaycan virtualaz.org-a istinadən bildirir ki, bunu İranda ev həbsində saxlanılan müxalif lider Mehdi Kərrubi deyib.

"Əgər Ekspertlər Şurası əsl vəzifəsini yerinə yetirsəydi, ölkəni bu hala gətirən liderin (Xameneyi) 30 ildir davam edən strategiyasını mühakimə edərdi", — Kərrubi bildirib.

Müxalif lider Xameneyinin səlahiyyətində olan hərbi və iqtisadi qurumlara nəzarət edilməli olduğunu bildirib.