HADİSƏ

Xəzər bu dəfə uşaq qatili oldu

Bir neçə saat axtarışdan sonra 11 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində yeniyetmə batıb.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, 2007-ci il təvəllüdlü yerli sakin Elnur Aslanoğlu dostları ilə çimərkən boğulub.

Onun "çimmək qadağandır!" bildirişinə məhəl qoymayaraq uzağa üzdüyünü və batdığı bildirilir. Bir neçə saat axtarışdan sonra 11 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.