Cənnət görmək istəyən... "Time" dünyanın ən görməli yerlərini açıqlayıb

Bunlardan biri ABŞ-ın Florida ştatında yerləşən "Pandora" parkıdır
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. ABŞ-da nəşr olunan "Time" jurnalı dünyada əm görməli yerlərin siyahısını açıqlayıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, bunlardan biri ABŞ-ın Florida ştatında yerləşən "Pandora" parkıdır. 2017-ci ildə açılan park "Avatar" filmində heyran qaldığımız, ovsunlayan parıltılı meşələr kimi düzəldilib. Bu parkda gəzinti sizi "Avatar" filminin içində hiss etdirəcək.

Görülməli yerlərdən biri Cənubi Koreyanın paytaxtı Seulda yerləşən "Seoullo 7017" adlı parkdır. Parkda 200 müxtəlif yerli ağac, bitki və çiçək növü var. Bu park göydə olan bağçanı canlandırır. Eyni zamanda burada Cənubi Koreyanın təbii irsi nümayiş etdirilir. "Seoullo 7017" həftənin 7 günü 24 saat ərzində xalqa açıqdır.

1 / 6
ABŞ-ın Florida ştatında yerləşən "Pandora" parkı
2 / 6
"Seoullo 7017" parkı
3 / 6
"Zeitz" Afrika Müasir İncəsənət Muzeyi
4 / 6
Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzi
5 / 6
Roma İmperiyasının tanrısı Mithranın yeraltı məbədi
6 / 6
"Ba Na" təpələri üzərində qurulan qızıl körpü

Cənubi Afrika Respublikasında "Zeitz" Afrika Müasir İncəsənət Muzeyi dünyada Afrika müasir incəsənət əsərlərinə ayrılmış ən böyük muzeydir. 9 mərtəbədən ibarət olan muzey bütövlükdə 9500 kvadratmetr sahəni əhatə edir.

Səudiyyə Ərəbistanında Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzi dünyanın görməli yerlərindən biridir. 10 ildir tikintisi davam edən Kral Abdulaziz Dünya Mədəniyyət Mərkəzində kitabxana, muzey, sərgi və kino salonları və s. yerləşir. Kompleksin mərkəzində ucalan monolit bir qüllə var.

Böyük Britaniyanın paytaxtı Londonda yerləşən Roma İmperiyasının tanrısı "Mithra" adına inşa edilmiş yeraltı məbəd görməli yerlərdən biridir. Bura qısa bir müddət əvvəl geniş rekonstruksiya işləri tamamlandıqdan sonra əhalinin ziyarətinə açılıb.

Vyetnamda "Ba Na" təpələri üzərində qurulan qızıl körpü ölkənin son dövrdəki ən populyar məkanı halına gəlməyi bacardı. Körpü fantastik əsərləri xatırladır. 150 metrlik qızıl körpüyə gələn ziyarətçi sayının 1.5 milyon nəfəri aşması gözlənilir. 2 milyard dollara inşa edilib. Qızıl körpünün ən cəlbedici xüsusiyyətlərindən biri də dəniz səviyyəsindən 1400 metr yüksəklikdə olmasıdır.