HADİSƏ

Cəlilabadda ağır qəza olub, ölənlər var

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Ölənlər Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur.

Faktla bağlı araşdırma aparılır.