Ac qalan Venesuela əhalisinin Kolumbiyaya qaçışı - VİDEO

Kolumbiyaya qaçmağa çalışan venesuelalıların dar körpüdən keçid anı görüntülənib
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Ac qalan Venesuela əhalisi yaşamaq üçün qonşu ölkə olan Kolumbiyaya qaçır.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Kolumbiyaya qaçmağa çalışan venesuelalıların dar körpüdən keçid anı görüntülənib.

Venesuelada iqtisadi problemlərin başladığı 2014-cü ildən bəri 2.3 milyon vətəndaşın başqa ölkələrə mühacirət etdiyini açıqlanıb. Köç edənlərin çoxu qonşu ölkə Kolumbiyaya gedib. Buna səbəb Venesuelanın milli valyutası — bolivarın hiperinflyasiya nəticəsində dəyərini kəskin itirməsidir.