RUSİYA

Görünməmiş hadisə: Mənzildən 8 il əvvəl ölən kişinin meyiti tapıldı

Meyidin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib
Sputnik

BAKI, 1 sentyabr — Sputnik. Moskvada evlərin birində ölmüş kişinin cəsədinin qalıqları tapılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, ekspertiza kişinin 8 il öncə öldüyünü müəyyən edib. Hazırda istintaq komitəsinin kişinin hansı şəraitdə öldüyünü müəyyən etməyə çalışır.

Yekatirinburqda isə kollektorlar 2 il əvvəl itkin düşmüş kişinin mumiyasını tapıb. Kişinin cəsədi öz evindən tapılıb. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib. Qapı içəridən bağlı olub. Məlumata görə, təqaüdçü tək yaşayırmış.