BAKI, 1 sentyabr — Sputnik. Malaziya kralı V Məhəmməd ölkənin xarici borclarını qaytarmaqda ölkəsinə dəstək olmaq üçün doğum gününü qeyd etməyib.
Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, 9 sentyabrda hazırlanacaq ad gününə xərclənəcək məbləği borcları ödəməyə sərf edəcəyinə qərar verib. Pul "Ümid fonduna" veriləcək. Fonda 3 ayda 43.5 milyon dollar pul toplanıb.
Qeyd edək ki, Malaziyanın keçmiş prezidenti Nəcib Tun Razakdan xarici dövlətlərə 252 milyard dollar borc qalıb. İndi Malaziya dövləti həmin borcları qaytarır.