HADİSƏ

Uşaq oğrularının aqibəti faciəli oldu: Polis heç nə edə bilmədi

Dəhşətli hadisənin qarşısını yerli polis belə ala bilməyib
Sputnik

BAKI, 31 avqust — Sputnik. Meksikada uşaqları qaçırmaqla ittiham edilən 2 nəfər 150 nəfərlik bir izdiham tərəfindən yandırılaraq öldürülüb. Modern.az xəbər verir ki, 53 və 21 yaşlarında olan 2 nəfər Acatlan qəsəbəsində polis tərəfindən saxlanılıb.

Yerli polis bildirib ki, müttəhimləri dindirərkən 150 nəfərlik bir izdiham qəfildən bölməyə daxil olub.

İnsanlar bu 2 nəfəri bölmədən çıxardaraq üstlərinə yandırıcı maddə tökərək öldürüblər.

Dəhşətli hadisənin qarşısını yerli polis belə ala bilməyib.