Suriyada silaha sarılmış terrorçuların sayı açıqlandı

"Suriya rejimi İdlibdə hərbi əməliyyatlara başlayarsa, hər iki tərəf kimyəvi silah olaraq xlor qazından istifadə edəcək"
Sputnik

BAKI, 31 avqust — Sputnik. Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura İdlibdə "Əl-Nusra" və "Əl-Qaidə" üzvü olan terrorçuların sayını açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Mistura bölgədə 10 min terrorçu olduğunu deyərək, əcnəbi döyüşçülərin də sayının çox olduğunu qeyd edib.

Türkiyədə böyük həyəcan yaşanır, daha 4 milyon suriyalı qapıya dayanıb

Onun fikrincə, Suriya rejimi İdlibdə hərbi əməliyyatlara başlayarsa, hər iki tərəf kimyəvi silah olaraq xlor qazından istifadə edəcək. De Mistura İdlibdə bir dəhliz açılmasının vacib olduğunu qeyd edərək bildirib ki, bölgədə 2,9 milyon vətəndaşın həyatı təhlükədədir.

"Bir tərəfdən İdlibdəki terrorçuları məhv etmək, digər tərəfdən isə bunu edərkən insanların həyatına təsir etməməyə çalışmaq lazımdır. Amma bölgəni, çox ehtimal ki, hökümət qüvvələrinin nəzarəti altında olacaq. Buna görə də orada hökümətin dəstəyinə və BMT-nin varlığına ehtiyac var" — deyə xüsusi təmsilçi vurğulayıb.

Mistura əhalinin sıx məskunlaşdığı İdlibdə kütləvi qırğın silahlarından istifadə edilməsinin yolverilməz olacağını da diqqətə çatdırıb.