RUSİYA

İlham Əliyevlə Vladimir Putin Soçidə görüşəcəklər

Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur
Sputnik

BAKI, 31 avqust — Sputnik. Sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq. Sputnik Azərbaycan Rusiya prezidentinin Mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, görüş Soçi şəhərində keçiriləcək.

Qeyd olunub ki, dövlət başçıları gündəlikdə olan bir sıra mühüm məsələləri, həmçinin qarşılıqlı faydalı ticarət və iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivlərini müzakirə edəcəklər. O cümlədən aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Görüşün yekununda hökumətlərarası və qurumlararası bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.