HADİSƏ

Kürdəmirdə yol qəzası olub, yaralılar var

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib
Sputnik

BAKI, 31 avqust — Sputnik. Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.