Bakıda normadan 1.3 dəfə artıq toz var

Atmosfer havasında müşahidə olunan tozun miqdarı
Sputnik

BAKI, 31 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə Bakıda və Abşeron yarımadasında 31 avqust 2018-ci il tarixində tozun miqdarının saat 12:00-da sanitar normadan 1,3 dəfə yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Qeyd: Gün ərzində hər 3 saatdan bir yenilənən məlumat təqdim olunacaq.