Türkiyədə 5 minədək insan virusa yoluxdu

Karasu sahillərində olan dənizin suyunun rəngi dəyişib
Sputnik

BAKI, 31 avqust — Sputnik. Qurban Bayramı günlərində Karasuda 6 gün ərzində 4500 nəfər "Norovirus" epidemiyası nəticəsində xəstəxanalıq olub.

Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, adiyyatı qurumlar məsələni araşdırmağa başlayıb. Onlar bölgədən aldıqları nümunələri test etməyə başlayıblar. Araşdırmaçılar epidemiyanın sudan keçdiyini təxmin edərək araşdırıblar. Nəticədə araşdırmaçılar belə deyib: "Vətəndaşlara qanunsuz sulardan istifadə etməmələrini dəfələrlə demişik. Bu günə kimi Karasuda 827 qanunsuz sulardan istifadə qeydə alınıb. İçməli sulara qanunsuz su xətləri bağlanılır. Nəticədə belə hallar baş verir".

Hətta Karasu sahillərində olan dənizin suyunun rəngi dəyişib. İnsanları dənizə daxil olması qadağan edilib.