Sürü "sürü psixologiyasının" qurbanı oldu — VİDEO

Heyvanların düşdüyü əraziyə gələn kəndlilər ancaq 100-ə qədər heyvanı qurtara bilib
Sputnik

BAKI, 30 avqust — Sputnik. Türkiyənin Şırnak vilayətində 200-ə yaxın qoyun və keçi qayalıqdan atılaraq ölüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 100-ə yaxın heyvanı isə kəndlilər ölümdən qurtara biliblər. 

Məlumata görə, 300-ə yaxın heyvan iki çoban tərəfindən otlamaq üçün qayalıq əraziyə aparılıb. Heyvanlardan bəziləri qayalıq ərazidən tullanandan sonra digər keçi və qoyunlar da onları təqib etməyə başlayıb. 

Çobanlar kəndlilərə xəbər verərək, onları yardıma çağırıblar. Heyvanların düşdüyü əraziyə gələn kəndlilər ancaq 100-ə qədər heyvanı qurtara bilib.