Paytaxt və yarımadanın havası qatılaşır, toz normanı 4.5 dəfə üstələyir

Bakı və Abşeron yarımadasında tozun miqdarı saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb
Sputnik

BAKI, 30 avqust — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Son vəziyyət: Bakı havasında tozun miqdarı sanitar normadan 3 dəfə yuxarıdır

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarı saat 13:00-da bir qədər də artaraq sanitar normadan 5,4 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında tozun miqdarı saat 10:00-da sanitar normadan 3 dəfə yuxarı olduğu qeydə alınmışdı.

Xatırladaq ki, atmosferdə müşahidə olunan toza səbəb Türkmənistandan atmosfer axınları ilə toz-dumanının daxil olmasıdır və belə tozlu hava şəraitinin 2 gün davam edəcəyi proqnozlaşdırılır.