Netanyahu İran və Suriyanı təhdid etdi

İsrail baş naziri Binyamin Netanyahu Əsəd rejimi ilə Tehran rəhbərliyi arasında imzalanan hərbi əməkdaşlıq razılaşmasına münasibət bildirib
Sputnik

BAKI, 30 avqust — Sputnik. İsrail baş naziri Binyamin Netanyahu Əsəd rejimi ilə Tehran rəhbərliyi arasında imzalanan hərbi əməkdaşlıq razılaşmasına münasibət bildirib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Netanyahu bildirib ki, İran ilə Suriya arasında bağlanan heç bir müqavilə və təhdid onları çəkindirə bilməyəcək.

Baş nazir bildirib ki, İsrail ordusu İranın Suriyada hərbçilər və silah sistemləri yerləşdirmə təşəbbüsünə qarşı güclü və qərarlı bir şəkildə işləməyə davam edəcək.

Qeyd edək k, İranın müdafiə naziri Əmir Xatəmi keçən həftə Dəməşqi ziyarət etmiş və burada iki ölkə arasında hərbi əməkdaşlığa dair müqaviləyə imza atmışdı. Xatəmi sözügedən müqavilənin iranlıların Suriyadakı varlığının davamını təmin edəcəyini vurğulamışdı.