BAKI, 30 avqust — Sputnik. Cenifer Lourensin intim şəkillərini oğurlayan haker azadlıqdan məhrum edilib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, ABŞ-ın Konnektikut ştatının məhkəməsi 26 yaşlı Corc Qarofanonu azadlıqdan məhrum edib.
Məlumata görə, o 2014-cü ildə Cenifer Lourens, Keyt Apton, Kirsten Danst və Meri Yelizabet Uinstedin intim şəkillərinin geniş şəkildə sızıdılrmasının təşkilatçılarından olub.
Əvvəlcə məhkəmə Qarofano 10-16 ay azadlıqdan məhrum etmək istəyib.
Ancaq hakerın müdafiəçisi, şübhəlinin əməlin nəticələrindən "artıq ciddi şəkildə əziyyət çəkdiyini" deyərək cəzanı azaldılmasını istəyib. Sonda o 8 ay müddətinə azadlıqdan məhrum edilib. Ancaq o bundan sonra 3 il də nəzarətdə olacaq.
Qeyd edək ki, Qarofano 240 nəfərin şəkil və videolarının oğurlanmasında iştirak edib. Aprel ayında o etriraf edib ki, qurbanlarına saxta məktub göndərərək onların iCLoud və Gmail-də hesablarını təsdiq etməsini istəyib. Ancaq göndərilən link qeyd edilən saytlara deyil, şəxslərin məlumatlarının əldə edilməsinə yardım edib. Qarofonun 3 tərəfdaşı 9-18 aya qədər azadlıqdan məhrum edilib.