SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət Müstəqilliyimizin bərpası yolunda ilk addım

Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib
Sputnik

BAKI, 30 avqust — Sputnik. 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyinin bərpası yolunda mühüm addım atılıb. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpası haqqında Deklarasiya qəbul edilib.

Eyni vaxtda "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Soveti qərar çıxarıb. 1991-ci il oktyabrın 18-də Ali Sovet bu qərarın icrası məqsədilə 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi müstəqillik haqqında Deklarasiyaya əsaslanaraq və "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Deklarasiyasını rəhbər tutaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını və müstəqil ölkəmizin dövlət, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edib.