CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəbəriniz olsun: DİM sınaq imtahanlarına start verdi

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər
Sputnik

BAKI, 30 avqust — Sputnik. Dövlət İmtahan Mərkəzi bu il I-IV ixtisas qrupları üzrə yaz qəbul imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir.

Sputnik Azərbaycan DİM-in saytına istinadən xəbər verir ki, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

DİM II və III ixtisas qrupları üzrə imtahanların nəticələrini açıqladı

Hal-hazırda 2018-ci il 13 və 20 may tarixlərində keçirilmiş imtahanlarda istifadə olunmuş sual kitabçaları (Azərbaycan bölməsi) http://otk.az portalına yerləşdirilib.

Abituriyentlər, həmçinin 2015-2017-ci illərdə keçirilmiş qəbul imtahanları, 2018-ci ildə keçirilmiş sınaq imtahanları, 2017-ci ildə 9-cu və 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında istifadə olunmuş test tapşırığı nümunələrindən ibarət onlayn sınaq imtahanlarına yazıla bilərlər.

Portalda 2019-cu ildə tətbiq olunacaq yeni qəbul modelinə uyğun 10-cu sinif şagirdləri üçün mayın 6-da keçirilmiş sınaq imtahanı kitabçaları əsasında da onlayn imtahan vermək mümkündür.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər.

http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya "Milliön" terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsiniz.