SƏHİYYƏ

Çinə görə minlərlə insan ölə bilər

Çinin bu virusu gizli saxlaması ABŞ-ı da narahat edir
Sputnik

BAKI, 30 avgust — Sputnik.  Dünya alimləri Çində olan quş qripinin ştammlarının onlara çatmasını gözləyir. Amma çinli mütəxəssislər bu nümunələrin onlara çatdıra bilmirlər. Sürətlə dəyişə bilən bu ölümcül virusun nümunələri gəlmədiyi müddətcə, alimlər xəstəliyin müalicəsi üçün iş görə bilmirlər. Çinin bu virusu gizli saxlaması ABŞ-ı da narahat edir.

H7N9 adlı bu virusun nümunələri ABŞ-a göndərilmir. Çin bu məlumatları gizli saxladıqca virus daha çox yayıla bilər və buna dərman tapılması gecikə bilər. Nəticədə Çinə görə minlərlə insan ölə bilər.