RUSİYA

Amerikalılar Vladimir Putini lider seçdilər

Rusiyanın 100 nüfuzlu şəxsinin reytinqi açıqlanıb
Sputnik

BAKI, 30 avqust — Sputnik. Amerikanın "Forbes" jurnalı Rusiyanın 100 nüfuzlu şəxsinin reytinqini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, siyahıda birinci yeri ölkənin prezidenti Vladimir Putin tutur.

Putin bir çıxışla rublu qaldırdı

Məlumata görə, ilk beşlikdə "Sberbank"ın rəhbəri German Qref, "QazProm"un rəhbəri Aleksey Miller, "Rosneft" şirkətinin baş icracı direktoru İqor Seçin və hökümət rəhbəri Dmitri Medvedyev qərarlaşıb. Reytinqin ilk onluğuna Mərkəzi Bankın rəhbəri Elvira Nabiulina, Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bornikov da daxil edilib.

Bununla yanaşı, siyahıda xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və Rusiya liderinin mətbuat katibi Dmitriy Peskov da yer alıb.

Maraqlıdır ki, siyahıda sonuncu yeri Vladimir Jirinovski tutub. Daha əvvəl rusiyalı tennisçi Mariya Şarapovanın yüksək gəlirli idmançılar siyahısında 5-ci yeri tutduğu qeyd edilmişdi. "Forbes"ə görə, Şarapova ötən il 10,5 milyon dollar qazanıb.