Gəncənin yeni icra başçısı şəhərə gəldi, kollektivə təqdim edildi

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin kollektivi, Gəncənin millət vəkilləri, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər
Sputnik

Bakı, 19 avqust — Sputnik. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Müzəffər oğlu Bayramov kollektivə təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, N.Bayramovu kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin kollektivi, Gəncənin millət vəkilləri, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Elmar Vəliyevin Gəncə Şəhər İcra Hakimiyyətinin (GŞİH) başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.Prezidentin daha bir sərəncamı ilə Niyazi Müzəffər oğlu Bayramov Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.