HADİSƏ

Gədəbəydə çobanı bıçaqladılar

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 29 avqust — Sputnik. Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, rayon sakini, 1988-ci il təvəllüdlü Xaqani Qara oğlu Allahverdiyev hələ ki, məlum olmayan şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb. Yaralı öncə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Məlumata görə, yaralının vəziyyəti ağırdır. Onun rayon ərazisində çobanlıqla məşğul oluğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.