BAKI, 29 avq — Sputnik. 29 avqust 1993 – Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» ümumxalq səsverməsi — referendum keçirilib. MSK-nın rəsmi məlumatına görə, referendumda ölkə üzrə qeydə alınmış seçicilərin 92 faizi iştirak edib. Referenduma çıxarılan "Siz Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə etimad göstərirsinizmi?" sualına səsvermədə iştirak edənlərin 97,5 faizi "yox", 2,1 faizi "hə" cavabı vermişdi. Referendumun nəticəsinə əsasən, Milli Məclis növbədənkənar prezident seçkilərinin (3 oktyabr 1993) keçirilməsi barədə qərar qəbul etdi.