RUSİYA

Gənc oğlan ayrılığın qisasını çox pis aldı

Qız oğlandan ayrıldıqdan sonra oğlan polisə qızın qanunsuz sursat saxlamasından şikayət edib
Sputnik

BAKI, 29 avqust — Sputnik. Rusiyanın Lipetsk şəhərində maraqlı hadisə baş verib. Sputnik AzərbaycanRusiya mətbuatına istinadla xəbər verir ki, gənc oğlan sevgilisinə talisman kimi iki güllə hədiyyə edib. Qız oğlandan ayrıldıqdan sonra isə oğlan polisə qızın qanunsuz sursat saxlamasından şikayət edib.

Güllələr hədiyyə qutusunda qızın şkafında imiş. Ancaq gənc polisə şikayət etməmişdən əvvəl qızın hamamında 51 patron da gizlədibmiş.

27 yaşlı qız silah-sursatın qanunsuz şəkildə əldə edilməsi və saxlanılmasına görə təqsirləndirilib. Və o 1 il iki ay azadlıqdan məhrum edilib.

Ancaq gənc də məsuliyyətdən qaça bilməyib. Belə ki, o qanunsuz şəkildə silah sursatın satılması və saxlanılmalı maddəsi ilə məsuliyyətə cəlb edilib.