Baş məşqçi futbol klubundan ayrıldı

Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib
Sputnik

BAKI, 29 avqust — Sputnik.  “Zirə” futbol klubunun baş məşqçi Ayxan Abbasov istefa verib. Bu barədə Klubun mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.

Bildirilib ki, baş məşqçi öz istəyi ilə “Zirə”dən ayrılıb: "Dünən klub rəhbərliyi ilə görüşən mütəxəssis qeydə alınan nəticələri əsas gətirərək, istefasının qəbul olunmasını xahiş edib. Ayxan Abbasov komandaya yeni nəfəsin gərəkli olduğunu bildirib. Bunları nəzərə alan klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib".