HADİSƏ

Bakıda 16 yaşlı qız gecə vaxtı itkin düşdü

Məmmədova Bənzər Ceyhun qızı evdən çıxıb və bir daha geri qayıtmayıb
Sputnik

BAKI, 29 avqust — Sputnik. Bakıda gənc qız gecə saatlarında itkin düşüb.

Sputnik Azərbaycan Trendə istinadən xəbərinə görə, Xətai rayon Polis İdarəsindən bildiriblər ki, hadisə avqustun 28-də baş verib.

Rayonun R.Məmmədov küçəsi, ev 6, mənzil 31-də yaşayan, 1979-cu il təvəllüdlü Məmmədova Pərvanə Yusif qızı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edərək bildirib ki, avqustun 28-də gecə saat 02:00 radələrində onunla birgə yaşayan qızı, 2002-ci il təvəllüdlü Məmmədova Bənzər Ceyhun qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsində araşdırma aparılır.