ABŞ-dan vurarıq mesajı verildi – Gərginlik artır

BMT baş katibi artan hərbi gərginliyin dəhşətli nəticələr doğura biləcəyi ilə bağlı xəbərdarlıq edib
Sputnik

BAKI, 29 avqust — Sputnik. Suriyadakı son vəziyyəti müzakirə etmək üçün toplanan BMT-nin Təhlükəsizlik Şurasında Rusiya və Böyük Britaniya arasında mübahisə yaşanıb.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, mübahisə, Moskvanın bəzi Qərb dövlətlərin İdlibdə kimyəvi hücum təşkil edəcəyi ilə bağlı iddialarına görə baş verib.

BMT baş katibi Antoniu Quterreş isə Suriyanın şimal-qərbində artan hərbi gərginliyin dəhşətli nəticələr doğura biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Digər tərəfdən, ABŞ müdafiə naziri Ceyms Mattis "bizim kimyəvi silahdan istifadəyə verdiyimiz reaksiyanı iki dəfə gördünüz" deməklə vurarıq mesajını verib.

ABŞ Dövlət Departamenti də mümkün təcavüzdən Rusiyanın məsuliyyət daşıyacağını vurğulayıb. Rusiya tərəfi isə İdlibin Mülki Müdafiə İdarəsinin (ağ dəbilqəlilərin) Suriyanın Serakib şəhərinə kimyəvi maddə gətirdiyini irəli sürüb.