Dövlət televiziyası Amerika filmlərinə qadağa qoydu

Onların yerinə yerli istehsal olan filmlər nümayiş etdiriləcək
Sputnik

BAKI, 28 avqust — Sputnik. Türkiyənin dövlət telekanalı olan Televiziya və Radio Qurumu (TRT) Amerika istehsalı olan kovboy filmlərinin yayımına qadağa qoyub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, TRT, 1980-cı ildən bəri yayımladığı kovboy filmlərini efirdən yığışdırıb. Onların yerinə yerli istehsal olan filmlər nümayiş etdiriləcək.

TRT-nin verdiyi bu qərara ABŞ-ın Türkiyəyə qarşı yeritdiyi düşmənçilik siyasəti və birbaşa olaraq Türkiyə iqtisadiyyatını hədəf almasının təsir etdiyi iddia olunur.

Qeyd edək ki, TRT hər bazar günləri kovboy filmləri nümayiş etdirirdi.