Poroşenko jurnalisti hədələdi: "Çıxarsan, sənə deyərəm" - VİDEO

Prezident zavoda ötən ziyarəti zamanı Katedral meydanının yenidən qurulması üçün öz xeyriyyə fondundan milyonlarla qriven ayıracağına söz vermiş
Sputnik

BAKI, 28 avqust — Sputnik. Ukrayna prezidenti Pyotr Poroşenko qeyri-adi davranışı ilə hər kəsi təəccübləndirib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Poroşenko Nikaloyeva rayonunda yerləşən "Zorya-Maşproekt" zavodunda "NikVesti" qəzetinin müxbiri İvan Kozorun verdiyi sualı dinlədikdən sonra mikrofonu əli ilə tutaraq aşağı dartıb.

Hadisənin video-görüntüsünü müxbir öz "Facebook" hesabında yayımlayıb. Kozorov prezidentdən keçən dəfə zavoda gəldiyi zaman verdiyi vədin necə olacağı barədə maraqlanıb. Belə ki, Poroşenko zavoda ötən ziyarəti zamanı Katedral meydanının yenidən qurulması üçün öz xeyriyyə fondundan milyonlarla qriven ayırcağına söz vermiş və bunun Nikolayeva sakinlərinə hədiyyə olacağını qeyd etmişdi.

Bununla yanaşı, Poroşenko şəhər stadionunun bərpası üçün dövlət büdcəsindən də 10-15 milyon qriven ayıracağına söz vermişdi.

Müxbir prezidentə "Üç ay öncə verdiyiniz vəd necə oldu? Siz pul söz vermişdiniz" sualını verdikdən sonra Poroşenko mikrofonu onun əlindən dartır və müxbirə sualını davam etdirməsinə imkan vermir.

Jurnalist "Facebook" hesabında qeyd edib ki, prezident mikrafonu aşağı saldıqdan sonra ona "Çıxarsan, sənə deyərəm" cavabını verib. "O, belə etdi ki, mənə dedikləri eşidilməsin" – deyə müxbir əlavə edib.

Bundan sonra Nikolayeva rəhbərliyi jurnalisti prezidentin yanından uzaqlaşdırıb.