BAKI, 28 avqust — Sputnik. BMT Myanmada ordu generallarının arakanlı müsəlmanlara qarşı soyqırımı cinayəti işlədiklərinə görə Beynəlxalq Cəza Məhkəməsində mühakimə olunmalarını istəyib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, BMT Myanmanın Qaçin və Şan əyalətində törədilən insanlığa qarşı cinayətin araşdırılmasını və məsuliyyət daşıyanların istintaqa cəlb edilməsini tələb edib.
BMT Myanmanın baş qərargah rəisi Min Aung Hlaing və bir çox yüksək səviyyəli generalların arakanlı müsəlmanlara qarşı soyqırımı törətdiyini bildirib.