HADİSƏ

Masallıda yanğın olub

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Sputnik

BAKI, 28 avgust — Sputnik. Masallı rayonunun İkinci Səmədxanlı kəndində ümumi sahəsi 70 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 6 tonu yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.