Nazir Zaqatalada vətəndaşları qəbul edəcək

Bildirilib ki, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) baş tutacaq
Sputnik

BAKI, 27 avqust — Sputnik. Mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatalada vətəndaşları qəbul edəcək. Bu barədə Sputnik Azərbaycan-a Mədəniyyət  Nazirliyindən məlumata verilib.

Bildirilib ki, qəbul avqustun 31-də, saat 10ºº-da rayonun Heydər Əliyev Mərkəzində (Zaqatala şəhəri, Car küçəsi 1) baş tutacaq.

Görüşdə Şəki şəhərindən, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşların nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazılmaları mümkündür.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin müvafiq rayonların Mədəniyyət şöbələrinə müraciət edə bilərlər.