RUSİYA

Tarixi görüşün vaxtı açıqlandı

Tehranda Rusiya, İran və Türkiyənin zirvə sammiti keçiriləcək
Sputnik

BAKI, 27 avqust — Sputnik. Türkiyə prezidentinin İrana səfər edəcəyi tarix məlum olub. Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-də İrana səfər edəcək.

Ərdoğan Tehranda Rusiya, İran və Türkiyənin zirvə sammitinə qatılacaq. Sammitdə Suriya məsələsinin müzakirə ediləcəyi nəzərdə tutulub.