Ekspert ekoloji maarifləndirmənin genişləndirilməsi üçün mediadan dəstək istədi

Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə deyir ki, "fəaliyyətimizin səmərəli olması üçün medianın dəstəyinə ehtiyacımız var"
Sputnik

Mənsurə Rəsulzadə: “Hər bir vətəndaş ekoloji problemin potensial yaradıcısıdır”
Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Azərbaycanda ekoloji vəziyyət: köhnə problemlər necə həll olunur?" mövzusunda tədbir keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə çıxış edən Canlı Aləmin Mühafizəsi Alyansının sədri Mənsurə Rəsulzadə ekoloji problemlərin yaranması səbəblərindən danışıb. O bildirib ki, ekeloji problemlərin yaranmasının əsas səbəblərindən biri maarifləndirmə işlərinin aparılmamasından qaynaqlanır: “Hər bir vətəndaş ekoloji problemin potensial yaradıcısıdır. Bunun aradan qaldırılması üçün vətəndaş cəmiyyəti öz işlərini görür. Fəaliyyətimizin səmərəli olması üçün medianın dəstəyinə ehtiyacımız var. Düşünürük ki, problemlərin həlli üçün onlara kompleks yanaşma və birgə fəaliyyət zəruridir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz