RUSİYA

ABŞ-ın Rusiyaya qarşı sərt qərarı qüvvəyə mindi

Təcili humanitar yardımlar, qida məhsulları və kənd təsərrüfatı məhsulları istisna olmaqla, ABŞ tərəfindən Rusiyaya bütün yardımlar dayandırılır
Sputnik

BAKI, 27 avqust — Sputnik. Solsberi hadisəsinə görə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bu gün saat 00.00-dan (Vaşinqton saatı ilə 07.00) etibarən qüvvəyə minib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Federal Reyestrdə məlumat yerləşdirilib.

Rusiya ABŞ-a nota verdi

Yeni məhdudiyyətlər özündə, "təcili humanitar yardımlar, qida məhsulları və kənd təsərrüfatı məhsulları" istisna olmaqla, ABŞ tərəfindən Rusiyaya bütün yardımların dayandırılmasını əks etdirir. Həmçinin ABŞ tərəfi Rusiya dövlət şirkətlərinə silah və iki təyinatlı (kosmosda əməkdaşlıq və vətəndaş aviasiya uçuşlarının təhlükəsizliyinin təmin edilməsi) məhsulların ixracı üçün lisenziya verməyi də dayandırıb.

Bundan başqa, istənilən ABŞ təşkilatı Rusiyaya "hər hansı kredit, kredit zəmanəti və digər maliyyə dəstəyi" etməkdən imtina edəcək.

İkinci daha sərt sanksiyalar paketinin noyabr ayında tətbiq ediləcəyi gözlənilir. Bura rusiyalı hüquqi şəxslərin kreditləşməsi, məhsulların idxal və ixracının da daxil ediləcəyi gözlənilir.