HADİSƏ

İrandakı zəlzələnin qurbanlarının sayı artır

Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub
Sputnik

BAKI, 26 avqust — Sputnik. İranın Kirmanşah vilayətində 6,1 bal gücündə baş verən zəlzələ qurbanlarının sayı artır. 

Zəlzələ nəticəsində 2 nəfər ölüb, 232 nəfər xəsarət alıb. Bu barədə İranın Mehr agentliyi Kermanşah əyalətinin Baş Qərargahına istinadla məlumat verib.

Zəlzələ ocağının 9-10 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Yeraltı təkanlar İraqın paytaxtı Bağdadda da hiss olunub.