Tanınmış azərbaycanlının anası amerikalıları təəccübləndirə bilib

Üzeyir Novruzovun adı Ginnessin rekordlar kitabına düşüb
Sputnik

BAKI, 26 avqust — Sputnik. Tanınmış azərbaycanlı sirk ustası və şoumen Üzeyir Novruzovun anasının Las-Veqasda bütün ailə üçün hazırladığı dadlı Azərbaycan təamı — xəngəl Üzeyirin amerikalı dostlarının xoşuna gəlib. 

Bu barədə Sputnik Azərbaycan Novruzovun Instagram səhifəsinə istinadən məlumat verir. Şoumen öz səhifəsində bu yeməyin hazırlanması kadrlarını paylaşaraq bu prosesi amerikalı dostlarına göstərmək istəyib. 

Novruzovun anası artıq bir neçə gündür ki, Las-Veqasda oğlunun yanındadır və hər gün ailə və dostlar üçün müxtəlif Azərbaycan yeməklərini hazırlayır. Amerikalı dostların daha çox xoşuna gələn xəngəl olub. Novruzov isə ən dadlı xəngəlin Azərbaycanda hazırlandığını və ondan yemək üçün bu ölkəyə getmək lazım olduğunu deyib. 

Üzeyir Novruzov Gəncədə anadan olub, lakin Rusiyada böyüyüb və hazırda ABŞ-da yaşayır. O sirkdə əfsanəvi Çarli Çaplinin obrazında çıxış edir. Çində Novruzov 6 metrlik nərdivana qalxaraq onun üzərində 8 dəqiqə dayanmaqla dünya rekordunu təzələyib. Bu nömrəyə görə Novruzovun adı Ginnessin rekordlar kitabına düşüb. Hazırda sirk ustası ailəsi ilə birlikdə ABŞ-da yaşayır və müxtəlif tamaşalarda iştirak edir.