Bakıda Heydər Əliyev Mərkəzinin yaxınlığında Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunmuş klassik avtomaşınlar sərgisi keçirilib.
Sərginin ardınca retro avtomobillər Bakının mərkəzinə doğru istiqamət götürüblər. Retro paradda 1980-ci ilədək istehsal olunmuş avtomaşınlar iştirak ediblər.