HADİSƏ

Qubada toyda qəza olub, bəylə gəlin xəsarət alıblar

Qubada bəy və gəlini aparan maşın aşıb
Sputnik

BAKI, 26 avqust — Sputnik. Quba rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, rayonun Zıxır kəndində toy günü içərisində bəy və gəlinin olduğu maşın dağlıq ərazidən keçən meşə yolunda aşıb.

Hadisə zamanı bəy və gəlin yüngül xəsarət alıb.

Aşmış maşını qaldırmaq üçün əraziyə traktor çağrılıb. Yol bir müddət bağlı qalıb.

Faktla bağlı araşdırma aparılır.