HADİSƏ

Qonşudakı dəhşətli zəlzələdə xəsarət alanların sayı artır

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib
Sputnik

BAKI, 26 avqust — Sputnik. İranın İraqla sərhədi yaxınlığında 6,1 ballıq zəlzələ baş verib.

ABŞ-ın Geoloji Xidmət Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 kilometrliyində qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində 140 nəfər xəsarət alıb, 1 nəfər həlak olub.