HADİSƏ

Yanğın nəticəsində 6 uşaq ölüb

Yanğın gecə mənzillərdən birində qeydə alınıb
Sputnik

BAKI, 26 avqust — Sputnik. ABŞ-ın Çikaqo şəhərində yerləşən yaşayış evlərindən birində baş vermiş yanğın nəticəsində 8 nəfər ölüb.

"Report" xəbər verir ki, onlardan 6-sı uşaqdır.

Yanğın gecə mənzillərdən birində qeydə alınıb. Onun səbəbi hələ ki, məlum deyil. Alov bir saat ərzində söndürülüb. İki bina sakini və bir yanğınsöndürən xəstəxanaya yerləşdirilib.