BAKI, 25 avqust — Sputnik. Xəzər dənizinin Azərbaycan sahillərində 3,3 maqnituda gücündə zəlzələ baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər yayıb.
Qurumun saytında qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 17:30:00-da qeydə alınıb.
Zəlzələnin dərinliyi 45 km təşkil edib və o, hiss olunmayıb.