HADİSƏ

Tanınmış müğənni oğlu ilə birlikdə yol qəzasına düşdü, təhlükəsizlik kəməri...

Türkiyəli müğənni Sibel Can İstanbulda yol qəzasına düşüb
Sputnik

BAKI, 25 avqust — Sputnik. Türkiyənin tanınmış müğənnisi Sibel Can İstanbulda oğlu ilə yol qəzasına düşüb.

“Report” xəbər verir ki, Beşiktaşın Barbaros prospektində biri mikroavtobus olmaqla 5 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Hadisə zamanı biri uşaq olmaqla 3 nəfər yaralanıb. Qəzaya düşən avtomobillərdən birində müğənni Sibel Can və oğlu Əmir Aksüt də olub. Onların heç birinin xəsarət almadığı bildirilir.

Sibel Can qəzadan sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada, təhlükəsizlik kəməri istifadə etməyin zəruri olduğunu bildirib və xəsarət almamasını bununla əlaqələndirib.