HADİSƏ

Siyəzəndə ağır yol qəzası baş verdi, 6 nəfər öldü

Faktla bağlı araşdırma aparılır
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 25 avqust — Sputnik. Siyəzən rayonunda minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, rayon ərazisində içərisində Siyəzən sakinlərinin olduğu "VAZ-2107" və içərisində Bakının Badamdar qəsəbəsinin sakinləi olan "Daewoo" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 qadın, 1 uşaq və 3 kişi olmaqla 6 nəfər hadisə yerində ölüb, 1 uşaq isə ağır yaralanıb. 12 yaşlı uşaq Siyəzən Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralı uşaqdan ötrü Bakıdan həkim komissiyası çağırılıb.

Faktla bağlı araşdırma aparılır.