BAKI, 25 avqust — Sputnik. “Biz həm də bu regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir və biz Almaniya tərəfindən onun həllinə dəstək olmaq istərdik”.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel Azərbaycan prezidenti İlham Əliyevlə nümayəndə heyətlərinin iştirakı ilə keçirilən geniş tərkibdə görüşdə deyib.