SƏHİYYƏ

Ölən sevgilisindən hamilə qalacaq

Sözügedən cütlük 3 il görüşüb. Onlar ailə qurub uşaq sahibi olmağı planlaşdırırmış
Sputnik

BAKI, 25 avqust — Sputnik. İntihar etmiş sevgilisinin spermasından hamilə qala bilmək üçün məhkəməyə müraciət edən avstraliyalı qadın Ayla Kressuel prosesdə qalib gəlib. Sputnik Azərbaycan xəbər verir ki, hakim 25 yaşlı Aylanın ölən sevgilisinin spermasından istifadə etməsinə qərar verib. O bildirib ki, bu "kədərə irrasional cavab deyil" və doğulacaq uşaq sevgi və qayğı ilə böyüyəcək.

Hakimin müsbət qərar verməsi üçün intihar edərək ölən Coşuanın uşaq arzusunda olması, qadının tək valideynin uşaq böyüdüb tərbiyə etməyin fiziki, emosional və maddi tərəflərini anlaması da nəzərə alınıb.

Sözügedən cütlük 3 il görüşüb. Onlar ailə qurub uşaq sahibi olmağı planlaşdırırmış. Gəncin ölümündən sonra qız onun valideynlərinə hamilə olmadığı üçün təəsüfləndiyini bildirib. Bu zaman ailənin birgə qərarı ilə Coşuanın spermasının təcili yığılıb klinikada saxlanılması üçün məhkəməyə müraciət ediblər.