İlqar Vəlizadə: “Bu səfər münasibətlərin səviyyəsinin qaldırılmasına imkanlar yaradır”
Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza 3 günlük rəsmi səfəri başlayıb. Alman ekspertlərinin fikrincə, kanslerin Cənubi Qafqaz səfərinin başlıca məqsədi Azərbaycan qazının Türkiyədən keçməklə Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi məsələsini müzakirə etməkdir.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Almaniyanın kansleri Angela Merkelin Azərbaycana və ümumiyyətlə Cənubi Qafqaza səfəri tarixdə ilk dəfə baş verir:
“Müstəqillik qazanmış bu regiona indiyədək Almaniya kansleri səfər etməyib. Almaniya kanslerinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin səviyyəsinin qaldırılması üçün imkanlar yaradır. Biz ümid edə bilərik ki, Azərbaycan və Almaniya münasibətlərində indiyədək olan çərçivələr kanslerin səfəri nəticəsində müəyyən qədər genişlənsin”.
Politoloqun geniş şərhini audiofaylda dinləyə bilərsiniz